×
A
A
A
Sazlamalar

Helsinki polisi mərkəzi küçəni bağlamağı planlaşdırmış bir qrup adamı saxlayıb

Bakı, 16 iyul, AZƏRTAC
Helsinki polisi Rusiya və ABŞ prezidentlərinin görüşü günündə şəhərin mərkəzi küçəsini – Mannerqeym prospektini bağlamağı planlaşdırmış bir qrup adamı saxlayıb. Bu barədə Helsinki polisi “Twitter” səhifəsində məlumat yayıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, polisin məlumatında təxminən 20 nəfərin saxlanıldığı qeyd olunub. Bundan əvvəl Helsinki polisi gün ərzində 13 aksiyanın planlaşdırıldığını bildirmişdi. Finlandiya KİV-lərinin məlumatına görə, həmin aksiyalarda yüzlərlə insanlar iştirak edə bilərdi.
Xatırladaq ki, iyulun 16-da Rusiya və ABŞ prezidentləri arasında tamformatlı ilk görüş keçirilib. Dövlət başçıları ilk dəfə 2017-ci il iyulun 7-də G20 Sammiti çərçivəsində Hamburqda danışıqlar aparıblar. Ötən ilin noyabrında Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının Vyetnamda sammiti çərçivəsində liderlərin ikitərəfli görüşü olmayıb, lakin Vladimir Putin və Donald Tramp forum zamanı ünsiyyətdə olub və Suriya məsələsinə dair birgə bəyanatı təqdir ediblər. Prezidentlər arasında indiyədək bir neçə dəfə telefon danışığı olub.

Dünya 2018-07-16 18:52:00