×
A
A
A
Sazlamalar

Laçınlı məcburi köçkünlərin yaylaqlarda saxladıqları mal-qaraya zoobaytar xidməti göstərilir

Ağcabədi, 16 iyul, AZƏRTAC
Laçın rayon baytarlıq idarəsinin səyyar həkim briqadası tərəfindən laçınlı məcburi köçkünlərin yaylaqlarda saxladıqları mal-qaraya zoobaytar xidməti göstərilir. Müayinələr zamanı heyvanlarda aşkar edilən xəstəliklərə qarşı müalicə işləri aparılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Daşkəsən rayonu ərazisindəki yaylaqlarda aparılan növbəti müayinələr zamanı 123 ailənin təsərrüfatında olan mal-qaraya baxış keçirilib. Rayonun kənd təsərrüfatı mütəxəssisləri tərəfindən sakinlərə heyvanların yemlənməsi və bəslənməsində zootexniki qaydalara əməl edilməsinə dair tövsiyələr verilib.
Məcburi köçkünlər səyyar baytar həkim briqadası tərəfindən onların təsərrüfatlarında olan mal-qaraya zoobaytar xidmətinin göstərilməsini razılıqla qarsılayıblar.

Kənd təsərrüfatı 2018-07-16 10:25:00