×
A
A
A
Sazlamalar

“Yuğ” Teatrı mövsümə yeni tamaşa ilə yekun vurub

Bakı, 16 iyul, AZƏRTAC
“Yuğ” Dövlət Teatrı mövsümə A.P.Çexovun əsəri əsasında hazırlanmış “Təklif” tamaşası ilə yekun vurub.
AZƏRTAC xəbər verir ki, rejissor Günay Səttarovanın quruluşunda hazırlanan tamaşanın quruluşçu rəssamı Əməkdar Rəssam Rəşid Şerif, musiqi tərtibatçısı Əməkdar Artist Vüqar Camalzadədir.
Xronometrajı 1 saat 15 dəqiqə olan tamaşada Əməkdar Artist Vidadi Həsənov, aktyorlar Zümrüd Qasımova və Elgün Həmidov çıxış ediblər.
Səhnə əsərinin məğzi belədir: Kişi olmayan cəmiyyətdə qadınlar solğunlaşır, qadın olmayan cəmiyyətdə kişilər axmaqlaşır. Qadın-kişi mübarizəsi, toqquşmaları həyat tərzidir, gerçəkliyin normasıdır. Gerçəkliksə bir lətifə üzərində qurulub. Hər kəsin bunu anlaması üçün öz yaşamına nəzər salması kifayətdir.

Teatr və kino 2018-07-16 10:22:00