×
A
A
A
Sazlamalar

Sənaye məhsulunun 23,4 faizi emal sektorunda istehsal edilib

Bakı, 15 iyul, AZƏRTAC
Yanvar-iyun aylarında sənaye məhsulunun 23,4 faizi emal sektorunda istehsal edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, emal sektorunda tütün məmulatlarının istehsalı 3,4 dəfə, poliqrafiya məhsullarının istehsalı 2,7 dəfə, mebel istehsalı 2,0 dəfə, toxuculuq sənayesi məhsullarının istehsalı 64,1 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 56,9 faiz, geyim istehsalı 10,3 faiz, içkilərin istehsalı 5,6 faiz artıb, ağacın emalı və ağacdan məmulatların istehsalı 2,3 faiz, qida məhsullarının istehsalı 3,1 faiz, maşın və avadanlıqların istehsalı 6,7 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 8,4 faiz azalıb.

Sənaye 2018-07-15 21:00:00