×
A
A
A
Sazlamalar

Milli valyutada olan əmanətlər 1,7 dəfə artıb

Bakı, 15 iyul, AZƏRTAC
Mərkəzi Bankın məlumatına görə, iyunun 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 7867,5 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, əmanətlərin 62,9 faizi xarici, 37,1 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,7 dəfə artıb, xarici valyutada əmanətlər isə 3,0 faiz azalıb.

Maliyyə 2018-07-15 07:42:00