×
A
A
A
Sazlamalar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

Bakı, 13 iyul, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti iyulun 10-dan 12-dək “Pambıqçılığın yanğın təhlükəsizliyi” mövzusunda Biləsuvar, Neftçala və Salyan rayonlarında yanğına qarşı təbliğat işləri və müvafiq maarifləndirmə tədbirləri keçirib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbirlərdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş olunub, Xidmət tərəfindən hazırlanmış yaddaş kitabçaları və plakatlar paylanılıb.
Tədbirlərdə xam pambığın yığılmasına, daşınmasına və emalına cəlb olunacaq bütün kənd təsərrüfatı maşınlarının mütləq ilkin yanğınsöndürmə vasitələri, qığılcımsöndürənlər, süpürgələr ilə təmin olunmasının zəruriliyi diqqətə çatdırılıb. Həmçinin pambıq tarlalarının, pambıqqurutma meydançalarının ərazisində və yaxınlığında tonqal qalanmasına, açıq oddan istifadəyə, siqaret çəkilməsinə icazə verilməməsinin, su mənbələrinə yolların salınmasının, hovuzların yanında avtomobillərin dönə bilməsi, manevr etməsi üçün meydançaların olmasının vacibliyi vurğulanıb.

Sosial 2018-07-13 22:48:00