×
A
A
A
Sazlamalar

Monqolustanın Prezidenti Zati-aliləri cənab Xaltmaaqiyn Battulqaya

Hörmətli cənab Prezident,

Monqolustanın milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Monqolustan arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monqolustan xalqına daim əmin-amanlıq və tərəqqi arzulayıram.
Hörmətlə,

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 iyul 2018-ci il.

Məktublar 2018-07-10 17:42:00