×
A
A
A
Sazlamalar

Yəmən Respublikasının Prezidenti Abdurabbih Mənsur Hadidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.
Respublika Günü münasibətilə Zati-alinizə Yəmən xalqı adından və şəxsən öz adımdan ən xoş arzularımı və təbriklərimi çatdırıram.
Ölkələrimiz arasında mövcud olan yüksək dostluq əlaqələrinin birgə səylərimizlə bundan sonra da qardaş xalqlarımızın mənafeyi naminə daha da inkişaf etməsini diləyirəm.
Sizə və ailənizə möhkəm cansağlığı, qardaş Azərbaycan xalqına səadət, dövlətinizə davamlı inkişaf və firavanlıq arzulayıram.
Dərin hörmətlə,


Abdurabbih Mənsur Hadi
Yəmən Respublikasının Prezidenti

Məktublar 2018-07-06 19:37:00