×
A
A
A
Sazlamalar

Ölkəmizdə ayaqqabı istehsalı 95,6 faiz artıb

Bakı, 25 iyun, AZƏRTAC
Azərbaycanda ayaqqabı istehsalı 95,6 faiz artıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, yanvar-may aylarında toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 126,4 milyon manat dəyərində məhsul istehsal edilib. Əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 95,6 faiz, toxuculuq sənayesində 61,4 faiz, geyim istehsalında isə 11,4 faiz artım müşahidə olunub.

Sənaye 2018-06-25 06:02:00