×
A
A
A
Sazlamalar

İndrajit Banerje: Azərbaycan informasiya və kommunikasiya texnologiyalarına dair layihələri ilə digər dövlətlərə nümunədir VİDEO

Paris, 22 iyun, AZƏRTAC

İnformasiya cəmiyyətinin qurulması ilə bağlı həyata keçirilən ən uğurlu innovativ layihələrə dair Azərbaycanın təqdimatı yüksək səviyyədə keçdi. İnformasiya və kommunikasiya texnologiyalarına dair belə təqdimatların keçirilməsi, bu sahədə ən yaxşı təcrübə və nailiyyətlərin bölüşməsi üzv dövlətlər üçün çox vacibdir.
Bu fikri UNESCO-nun “İnformasiya hamı üçün” proqramı üzrə Hökumətlərarası Şuranın 10-cu sessiyasında qurumun bilik cəmiyyətləri şöbəsinin direktoru İndrajit Banerje AZƏRTAC-a müsahibəsində bildirib.
Qeyd edib ki, informasiya və kommunikasiya texnologiyalarına dair layihələrin həyata keçirilməsi sahəsində hər ölkənin öz siyasəti var. Bir çox ölkələrin bu sahədə uğurlu innovativ layihələri var. Azərbaycan buna ən yaxşı nümunədir. Qısa müddət ərzində ölkədə çoxlu sayda uğurlu layihələr həyata keçirilib. Bu, fenomenaldır, siyasi iradəni əks etdirir. Ölkədə informasiya və kommunikasiya texnologiyaları məsələləri yüksək səviyyədə planlaşdırılıb.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

İqtisadiyyat 2018-06-22 07:26:00

Video