×
A
A
A
Sazlamalar

Bu ilin beş ayında 439,0 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb

Bakı, 22 iyun, AZƏRTAC 

Cari ilin iyun ayının 1-nə kimi 439,0 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu dövrdə 72,7 min hektar sahədə dənli və dənli paxlalı bitkilər (ondan 30,0 min hektarı dən üçün qarğıdalı), 59,1 min hektar sahədə kartof, 67,4 min hektar sahədə tərəvəz, 20,4 min hektar sahədə bostan bitkiləri, 130,1 min hektar sahədə pambıq, 10,8 min hektar sahədə dən üçün günəbaxan, 9,0 min hektar sahədə şəkər çuğunduru, 3,4 min hektar sahədə tütün, 59,1 min hektar sahədə çoxillik otlar, 1,7 min hektar sahədə birillik otlar və 5,3 min hektar sahədə digər yazlıq bitkilər əkilib.

Regionlar 2018-06-22 05:22:00