×
A
A
A
Sazlamalar

“Qəhrəmanlıq yüksəkliyi” kitabının təqdimatı keçirilib

Bakı, 21 iyun, Zərəngiz Mansurova, AZƏRTAC

İyunun 21-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda şair-publisist Güləmail Muradın Aprel döyüşlərinin iştirakçısı, Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidova həsr edilmiş “Qəhrəmanlıq yüksəkliyi” kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, AYB-nin katibi, Xalq Şairi Fikrət Qoca tədbirdə çıxış edərək “Qəhrəmanlıq yüksəkliyi” kitabını Aprel döyüşlərində Vətən oğullarının qəhrəmanlığına və bütünlükdə bu döyüşün tarixi əhəmiyyətinə həsr edilən salnamə kimi səciyyələndirib.
Qubadlı Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Xoşqədəm Alıyeva, yazıçı-publisist Elçin Hüseynbəyli, kitabın redaktoru Arifə Arif, qurumun şöbə müdiri Sayman Aruz, qurumun bölgə müdiri Namiq Məna, şairlər Oqtay Rza, Faiq Balabəyli, Azadə Taleh, Nailə Yusif qızı, Elbrus Qayalı, şəhid ailəsindən Pərişan Musazadə və başqaları Aprel döyüşlərinin tarixi əhəmiyyətindən danışıblar.
Çıxış edənlər müəllifin bundan əvvəl yazdığı “Aprel döyüşləri” və “Qayıdış” kitablarında, eləcə də digər əsərlərində Azərbaycan əsgərinin igidliyini, mərdliyini, vətənsevərliyini tərənnüm etdiyini bildiriblər.
Tədbirin sonunda Milli Qəhrəmanın atası Nəriman Həmidov kitabın müəllifinə, ərsəyə gəlməsində əməyi olanlara minnətdarlığını bildirib.

Mədəniyyət 2018-06-21 22:45:00