×
A
A
A
Sazlamalar

Beş ayda Gömrük Komitəsi tərəfindən 290 cinayət xarakterli fakt aşkarlanıb

Bakı, 21 iyun, AZƏRTAC

2018-ci ilin yanvar-may aylarında Dövlət Gömrük Komitəsi tərəfindən 290 cinayət xarakterli fakt aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bunlardan 76-sı narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar faktlar, 186-sı isə qaçaqmalçılıq və digər cinayət xarakterli faktlardır.

Hadisə 2018-06-21 19:16:00