×
A
A
A
Sazlamalar

Avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb

Bakı, 21 iyun, AZƏRTAC 

Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə müraciət edən banklardan birinin əməkdaşı mayın 21-də İmişli rayon sakini Nizam Abbasova məxsus “Mercedes” markalı avtomobilə görə kreditin ödənilməsində problem olduğu üçün bu nəqliyyat vasitəsinin bankın işçiləri tərəfindən dayanacağa yerləşdirildiyini, mayın 24-də isə həmin avtomaşının oradan qaçırıldığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Həmin “Mercedes” iyunun 19-da İmişli rayonu ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla avtomobili qaçırmaqda şübhəli bilinən sürücünün əvvəllər məhkum edilən N.Abbasovun olduğu müəyyənləşib.
Faktla bağlı araşdırma aparılır.

 

Hadisə 2018-06-21 13:02:00