×
A
A
A
Sazlamalar

Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib

Bakı, 19 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistan Respublikası silahlı qüvvələrinə məxsus növbəti pilotsuz uçuş aparatının (PUA) vurulması barədə məlumat yayıb.
AZƏRTAC xəbər verir ki, məlumatda iyunun 19-da səhər saatlarında cəbhənin Füzuli-Xocavənd istiqamətində mövqelərimiz üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus "X-55" taktiki PUA-nın Hərbi Hava Qüvvələrimizin bölmələri tərəfindən məhv edildiyi bildirilib.

Ordu 2018-06-19 13:30:00