×
A
A
A
Sazlamalar

Bu ilin beş ayında istehsal olunan sənaye məhsullarının 22 faizi emal sektorunun payına düşüb

Bakı, 19 iyun, AZƏRTAC
Bu ilin yanvar-may aylarında Azərbaycanda sənaye məhsulunun 22,0 faizi emal sektorunda istehsal olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, emal sektorunda tütün məmulatlarının istehsalı 2,6 dəfə, mebel istehsalı 96,8 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 95,6 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 61,4 faiz, geyim istehsalı 11,4 faiz artıb, içkilərin istehsalı 4,5 faiz, qida məhsullarının istehsalı isə 5,1 faiz azalıb.

Sənaye 2018-06-19 04:20:00