×
A
A
A
Sazlamalar

Dağlıq Qarabağın maddi-mədəni irsinin qorunması mövzusunda konfrans təşkil olunacaq

Bakı, 14 iyun, AZƏRTAC
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva İstanbul şəhərində İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (IRCICA) baş direktoru Halit Erenlə görüşüb.
Fonddan AZƏRTAC-a bildirilib ki, görüşdə Günay Əfəndiyeva fondun prioritet məqsədlərindən danışıb, son illər türk dünyası mədəniyyətini və irsini qorumaq, öyrənmək və təbliğ etmək məqsədilə qurumun həyata keçirdiyi tədbirlər, layihələr və proqramlardan söhbət açıb.
IRCICA-nın baş direktoru Halit Eren fondun türkdilli xalqların zəngin mədəni irsinin, tarixi abidələrinin mühafizəsi istiqamətində gördüyü işlərin əhəmiyyətini vurğulayaraq, ona bu istiqamətdə hər zaman dəstək göstərməyə hazır olduğunu qeyd edib.
Görüşdə IRCICA ilə Fond arasında ötən il imzalanmış Anlaşma Memorandumu əsasında əməkdaşlıq münasibətlərinin daha da gücləndirilməsi üçün yaxın gələcəkdə yeni layihələrin icrası ilə bağlı fikir mübadiləsi də aparılıb. Dağlıq Qarabağ ərazisində dağıdılan və ya məhv olma təhlükəsi ilə üzləşən maddi-mədəni irsin qorunması mövzusunda bu il birgə konfransın təşkili qərara alınıb.
Sonda qurumlar arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən birgə həyata keçiriləcək digər proqramlar barədə danışıqlar aparılıb.

İncəsənət 2018-06-14 11:42:00