×
A
A
A
Sazlamalar

“Sənin baxışın” rəsm müsabiqəsinin yekun sərgisi açılacaq

Bakı, 10 iyun, AZƏRTAC

İyunun 11-də Xətai Sənət Mərkəzinin elan etdiyi “Sənin baxışın” rəsm müsabiqəsinin yekun sərgisi açılacaq.
AZƏRTAC xəbər verir ki, Xəzər Universiteti və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləcək sərgidə 45-dən çox sənət əsəri nümayiş olunacaq.
Sərgi çərçivəsində müxtəlif mövzulu sənət əsərlərinin nümayişi nəzərdə tutulur. Sonda qaliblər mükafatlandırılacaq.

İncəsənət 2018-06-10 00:09:00