×
A
A
A
Sazlamalar

Çində tətbiq olunan yeni texnologiya şagirdlərin hərəkətlərini izləyir

Bakı, 9 iyun, AZƏRTAC 

Çinin Xançjou şəhərində şagirdləri izləmək üçün sifətin tanınması texnologiyası tətbiq olunub.
AZƏRTAC hi-news.ru saytına istinadla xəbər verir ki, yeni texnologiya hər 30 saniyədə sinif otağındakı şagirdlərin üzlərini fiksasiya edir. Sistem şagirdlərin hərəkətlərini izləyir və onların nə vaxt yazdığını, oxuduğunu, müəllimə cavab verdiyini və ya məşğələ zamanı yatdığını anlayır.
Bu kimi izləmə sistemləri, ilk növbədə, tədris prosesinin effektivliyinin artırılması üçün istifadə olunur. Sistem, həmçinin təhsil müəssisələrində mümkün insidentlərin qarşısını almağa kömək edir.

Texnologiya 2018-06-09 17:59:00