×
A
A
A
Sazlamalar

Cümhuriyyətin 100 illiyi ilə əlaqədar virtual sərgi açılıb

Bakı, 4 iyun, AZƏRTAC

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar olaraq, Milli Arxiv İdarəsi tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti 100” adlı virtual sərgi istifadəçilərin ixtiyarına verilib. Bu barədə Milli Arxiv İdarəsinin informasiya təminatı və elektron xidmətlər mərkəzinin rəhbəri Natiq Eminov AZƏRTAC-a bildirib.
“Cümhuriyyətin fəaliyyətinə həsr olunan virtual sərgi Milli Arxivdə və Dövlət Kino-Foto Sənədləri Arxivində mühafizə edilən sənədlər əsasında hazırlanıb. Sərgidə Cümhuriyyətin fəaliyyətinin yalnız bir hissəsini əhatə edən sənədlər və fotoşəkillər yerləşdirilib. Sənədlərin ardıcıllığı mövzular üzrə qeyd olunub”, - deyə N.Eminov söyləyib.

Mədəniyyət 2018-06-04 11:47:00