×
A
A
A
Sazlamalar

Bakının toxuculuq sənayesi 55 faizdən çox artıb

Bakı, 1 iyun, AZƏRTAC
Yanvar-aprel aylarında Bakıda toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 28,4 milyon manat dəyərində məhsul istehsal edilib.
Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə dəri və dəridən məmulatlar, ayaqqabı istehsalında 3 dəfə, toxuculuq sənayesində 55,2 faiz, geyim istehsalında isə 6,9 faiz artım müşahidə olunub.

Sənaye 2018-06-01 16:21:00