×
A
A
A
Sazlamalar

“Əgər sehrli çubuğum olsaydı…”

Bakı, 31 may, AZƏRTAC
İyunun 1-də UAFA Uşaqlara Dəstək Təşkilatı və Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə “Əgər sehrli çubuğum olsaydı...” kitabının təqdimatı keçiriləcək. Kitab “3 alma”nın sponsorluğu ilə çap edilib.
AZƏRTAC xəbər verir ki, muzeydə reallaşacaq təqdimat mərasimi çərçivəsində uşaqların əl işlərindən ibarət xeyriyyə yarmarkası və təqdimatı keçirilən kitabın satışı gerçəkləşəcək. Əldə olunan bütün vəsait imkanları məhdud uşaqların ailələrinə təqdim olunacaq. UAFA tərəfindən dəvət edilən istedadlı uşaqların parlaq çıxışı təqdimata xüsusi rəng qatacaq.
Hər səhifəsində xüsusi qayğıya ehtiyac duyan uşaqların arzu və xəyallarının yer aldığı bu kitabın təqdimatında hər kəs iştirak edə bilər.

İncəsənət 2018-05-31 13:01:00