×
A
A
A
Sazlamalar

Birinci rübdə büdcədən maliyyələşən qurumlar 354 milyon kilovat/saatadək elektrik enerjisi istifadə ediblər

Bakı, 21 may, AZƏRTAC
Bu ilin yanvar-mart aylarında dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 353,9 milyon kilovat/saat elektrik və 109,2 min Qkal istilik enerjisindən istifadə olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisindən 4 faiz, istilik enerjisindən isə 30,6 faiz çox istifadə edilib.

Energetika 2018-05-21 04:34:00