×
A
A
A
Sazlamalar

Xırdalanda yaşayış binasında yanğın olub

Bakı, 20 may, AZƏRTAC

Abşeron rayonu, Xırdalan şəhərində altımərtəbəli yaşayış binasında yanğın olub.
AZƏRTAC FHN-in saytına istinadən xəbər verir ki, binanın 2-ci mərtəbəsinin dəhlizində quraşdırılmış 36 ədəd elektrik sayğac və 2 p.m elektrik kabeli yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 20 nəfər bina sakini təxliyə olunub. Sayğacların qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Hadisə 2018-05-20 21:20:00