Azərbaycan samboçuları II Avropa Oyunlarına üç lisenziya qazanıblar
Bakı, 20 may, AZƏRTAC
Mayın 20-də Yunanıstanın paytaxtı Afinada sambo üzrə Avropa çempionatına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, 2019-cu ildə Minskdə təşkil olunacaq II Avropa Oyunlarına lisenziya verən yarışda ölkəmizi 9 samboçu təmsil edib.
Çempionatın sonuncu günündə Azərbaycan millisi daha bir medal qazanıb. Belə ki, 62 kiloqram çəki dərəcəsində mübarizə aparan Cavidan Qarayev Avropa çempionatının bürünc medalına sahib olub.
Qitə birinciliyinin əvvəlki günlərində isə Mehman Xəlilov (57 kq), Emil Həsənov (68 kq) və Nəbi Məmmədov (100 kq) bürünc medal qazanıblar. Həmçinin millimiz II Avropa Oyunlarına 3 lisenziya əldə edib.
Yığmamız çempionatda Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədovun rəhbərliyi altında yarışıb.
Superliqa klubu tanınmış futbolçunu heyətdən kənarlaşdırıb
“Murov Az Terminal”ın kapitanı: “Neftçi”ni məğlub edərək finala çıxmaq sürpriz deyildi
Azərbaycan Liqası: Çempionluğa iddialı komandalar Mingəçevirdə üz-üzə gələcək
Kişi şahmatçıların Azərbaycan çempionatında yarımfinalçıları bəlli olub
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun ikinci gününə start verilib