×
A
A
A
Sazlamalar

Yanvar-apreldə hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 6,8 faiz artıb

Bakı, 21 may, AZƏRTAC

2018-ci ilin yanvar-aprel aylarında hava nəqliyyatı ilə 648,8 min və ya ötən ilin müvafiq dövrünə nisbətən 6,8 faiz çox sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 40,5 faiz artaraq 70,4 min tona çatıb.

Nəqliyyat 2018-05-20 20:03:00