×
A
A
A
Sazlamalar

Topaz Premyer Liqası: “Neftçi” klubu Topaz Premyer Liqasının bürünc medallarına sahib olub

Bakı, 20 may, AZƏRTAC

Mayın 20-də Topaz Premyer Liqasının sonuncu turunda üç oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, turun maraqla gözlənilən matçı “Kapital Arena” stadionunda baş tutub. “Sumqayit” “Zirə” klubunu qəbul edib. Oyunda hesabı meydan sahibləri açıb. Cavid İmamverdiyev fərqlənib – 1:0. Qoldan sonra hər iki komanda bir- birinin qapısı qarşısında hücumlar yaratsa da, birinci hissədə hesab dəyişilməyib. Fasilədən sonra hücuma atılan “Zirə” oyunun 68-ci dəqiqəsində hesabı bərabərləşdirib. Aleksandr Dedov adını tabloya yazdırıb – 1:1. Qarşılaşmanın əsas vaxtının əlavə olunmuş beşinci dəqiqəsində zirəlilər hesabda önə çıxıblar. Künc zərbəsindən sonra Sadio Taukara dəqiq baş zərbəsi ilə qələbə topunu vurub. Qalan dəqiqələrdə hesab dəyişilməyib. Beləliklə “Sumqayit” “Zirə” oyunu “Zirə” klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Digər qarşılaşmada “Neftçi” “Kəpəz” komandasının qonağı olub. Həmin görüş Gəncə şəhər stadionunda keçirilib. Səfərdə “Kəpəz”in qonağı olan “flaqman” 1:2 hesabı ilə qələbə qazanıb. Oyunda hesab ikinci hissənin 63-cü dəqiqəsində açılıb. Ruslan İbişov fərqlənib – 0:1. Qoldan beş dəqiqə sonra meydan sahibləri hesabı bərabərləşdirməyə nail olublar. Şəhriyar Rəhimov qapıçının səhvini bağışlamayıb – 1:1. Matçın 79-ci dəqiqəsində paytaxt təmsilçisi Lukas Emanuel Qomesın sayəsində yenə də hesabda önə keçib – 1:2. Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq hesab dəyişilməyib. Beləliklə görüş “Neftçi” klubunun səfərdə 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbədən sonra “Neftçi” klubu UEFA Avropa Liqasının təsnifat mərhələsinə vəsiqə qazanıb.
Turun autsayderlərin görüşündə “Səbail” və “Keşlə” klubları üz-üzə qəliblər. “Səbail” klubu doğma meydanda “Bayıl Arena”da “Keşlə” klubunu qəbul edib. Oyunda qonaqlar 1:0 hesabı ilə minimal qələbə qazanıb. Oyunda yeganə qolun müəllifi 63-cü dəqiqədə Rafayel Məhərəmli olub.
Hazırda 62 xalı olan “Qarabağ” çempionluğu vaxtından əvvəl bayram edib. “Qəbələ” klubu 49 xalla ikinci, “Neftçi” isə 46 xalla üçüncü yerdədir. Digər pillələrdə isə müvafiq olaraq, “Zirə” (44), “Sumqayıt” (40), “Keşlə” (31), “Səbail” (23) və “Kəpəz” (14) klubları qərarlaşıblar.
Qeyd edək ki, tura mayın 21-də “Qəbələ” - “Qarabağ” oyunu ilə yekun vurulacaq. Bu qarşılaşmadan sonra mükafatlandırma mərasimi olacaq.

 

İdman 2018-05-20 19:40:00