×
A
A
A
Sazlamalar

Kann kinofestivalı başa çatıb

Paris, 20 may, AZƏRTAC

71-ci Kann festivalı başa çatıb. Keiti Blançetin rəhbərlik etdiyi münsiflər heyəti “Qızıl Palma budağı” mükafatını “Ailə məsələsi” filminə görə yaponiyalı Hirokazu Koreedaya təqdim edib.
AZƏRTAC xəbər verir ki, festivalın Qran Prisinə amerikalı Spaik Linin “BlacKkKlansman” filmi layiq görülüb. “Xüsusi Qızıl Palma budağı” mükafatı fransız rejissor Jan–Lük Qodara “Şəkil kitabı” filminə görə verilib.
Polşalı kinorejissor Pavel Pavlikovskinin “Soyuq müharibə” filmi quruluş tərtibatına görə mükafata layiq görülüb. “Ən yaxşı Qadın” və “Ən yaxşı kişi” nominasiyaları Samal Yeslyamova və Marselo Fonteyə təqdim edilib.
“Ən yaxşı ssenari” nominasiyası üzrə mükafatlar Nadin Labakiyə, Cafar Panahiyə və Alis Rohrvaçerə verilib. Qısametrajlı film “Qızıl Palma budağı” mükafatına Şarl Vilyamın “Bütün bu məxluqlar” filmi layiq görülüb.


Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

Mədəniyyət 2018-05-20 15:19:00