×
A
A
A
Sazlamalar

“Lisenziyalar və icazələr” portalı vasitəsilə 110 elektron lisenziya verilib

Bakı, 20 may, AZƏRTAC

İqtisadiyyat Nazirliyi tərəfindən “Lisenziyalar və icazələr” portalı vasitəsilə sahibkarlara 110 elektron lisenziya verilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, onlardan 81-i yeni verilən, 29-u isə müddətsiz lisenziya ilə əvəz edilən lisenziyalardır. Lisenziyalar əsasən, özəl tibb, əczaçılıq, layihələndirmə və tikinti-quraşdırma işləri, baytarlıq preparatlarının satışı, maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması, təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması, bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalı, qaldırıcı qurğuların, metallurgiya avadanlığının, təzyiq altında işləyən qazanların, tutumların quraşdırılması və təmiri, rabitə xidmətləri və sair sahələri əhatə edir.
Dövlətimizin başçısının “Lisenziyalar və icazələr” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə 2017-ci il 21 yanvar tarixli Fərmanının icrası məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə “Lisenziyalar və icazələr” portalı yaradılıb və bu ilin mart ayından fəaliyyətə başlayıb.
Lisenziyaların və icazələrin vahid platforma üzərindən elektron qaydada verilməsi sahibkarlığın inkişafının sürətləndirilməsində növbəti stimullaşdırıcı addımdır.

İqtisadiyyat 2018-05-20 07:56:00