×
A
A
A
Sazlamalar

Ukrayna Prezidenti ölkəsinin MDB-nin bütün strukturlarındakı nümayəndələrinin geri çağırılmasına dair fərman imzalayıb

Kiyev, 20 may, AZƏRTAC

Ukrayna Prezidenti Petro Poroşenko ölkəsinin Müstəqil Dövlətlər Birliyinin (MDB) bütün strukturlarındakı nümayəndələrinin geri çağırılması ilə bağlı fərman imzalayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident Petro Poroşenko Vinnitsa şəhərinə səfəri zamanı deyib.
“Ukraynanın MDB strukturlarında daha heç bir işi yoxdur. Biz Avropaya doğru birlikdə hərəkət edirik”, - deyə dövlət başçısı bildirib.
Qeyd edək ki, mayın 2-də Prezident Petro Poroşenko bu ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında Ukraynanın MDB-nin bütün strukturlarından çıxacağı barədə bəyanat vermişdi.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Dünya 2018-05-20 04:05:00