×
A
A
A
Sazlamalar

“Bavariya” Almaniya kubokunun finalında “Ayntraxt”a məğlub olub

 

Bakı, 20 may, AZƏRTAC

Futbol üzrə Almaniya kubokunun final qarşılaşmasında sürpriz nəticə qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, Bundesliqada çempionluğu vaxtından əvvəl təmin etmiş “Bavariya” ölkə kuboku uğrunda yarışın finalında “Ayntraxt” komandası ilə üz-üzə gəlib.
Oyunun favoriti sayılan münxenlilər ilk dəqiqələrdən hücuma atılaraq rəqib qapısında bir neçə təhlükəli vəziyyət yaradıblar. Qarşılaşmanın 11-ci dəqiqəsində “Bavariya”nı əks-hücumda yaxalayan “Ayntraxt” hesabı açıb. Ante Rebiç fərqlənib - 0:1. Birinci hissə bu hesabla başa çatıb.
Fasilədən sonra - matçın 53-cü dəqiqəsində “Bavariya” Robert Levandovskinin qolu ilə hesabı bərabərləşdirib - 1:1. Lakin bu, oyunda son qol olmayıb. Görüşün 82-ci dəqiqəsində “Ayntraxt” yenindən hesabda irəli çıxıb. Ante Rebiç dublunu rəsmiləşdirib - 1:2. Oyunda son nöqtəni isə matçın əsas vaxtına əlavə edilən hissədə (90+6) Micat Qasinoviç qoyub - 1:3.
Beləliklə, “Ayntraxt” klubu həlledici görüşdə 3:1 hesabı ilə qələbə qazanıb. Bu qələbə sayəsində “Ayntraxt” klubu tarixində altıncı dəfə Almaniya kubokunun sahibi olub.

İdman 2018-05-20 01:39:00