İspaniya qəzetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş anım mərasimi ilə bağlı məqalə dərc olunub
Madrid, 20 may, AZƏRTAC
İspaniyanın nüfuzlu “La Razón” qəzetində “Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş anım mərasimi keçirilib” sərlövhəli məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, jurnalist Eduardo Quayluponun imzası ilə dərc edilən məqalədə Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri Anar Məhərrəmovun çıxışına istinad edilərək ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə ölkədə bütün istiqamətlərdə, o cümlədən iqtisadiyyat, sənaye, elm və digər sahələrdə inkişafa nail olunması üçün möhkəm təməlin qoyulduğu bildirilir.
Müəllif qeyd edir ki, səfir Azərbaycanın daxili və xarici siyasətdə ağır vəziyyətlə üzləşdiyi dövrdə Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində respublikanın bu böhrandan çıxdığını və sürətlə inkişaf edən ölkəyə çevrildiyini vurğulayıb.
İspan nəşrində ümummilli lider Heydər Əliyevin gördüyü işlərin Azərbaycan xalqı tərəfindən layiqincə qiymətləndirilərək, onun əvəzsiz xidmətlərinin heç bir zaman unudulmayacağının, məhz bu səbəbdən Azərbaycan xalqının 15 iyun tarixini Milli Qurtuluş Günü kimi qeyd etdiyinin və Heydər Əliyevin hər bir azərbaycanlının qəlbinə Ümummilli Lider kimi əbədi həkk olunduğunun səfir tərəfindən diqqətə çatdırıldığı vurğulanır.
Məqalədə A.Məhərrəmovun ulu öndər Heydər Əliyevin siyasətinin dövlətimizin başçısı İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirildiyini vurğulaması və 2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkilərində İlham Əliyevin böyük səs çoxluğu ilə qələbəsinin Azərbaycan xalqının növbəti dəfə sabitliyə, tərəqqiyə, rifaha və dinamik inkişafa səs verdiyinin göstəricisi olduğunu bildirməsi əksini tapıb.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
GUAM ölkələri insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirəcək
“Hoa Lo” həbsxanası - Fransanın Vyetnamdakı cinayətlərinin şahidi VİDEO