×
A
A
A
Sazlamalar

Gürcüstan portalında Azərbaycan Xalq Cümhuriyyəti barədə məqalə yayılıb

Tbilisi, 19 may, AZƏRTAC

Gürcüstanda geniş oxucu kütləsinə malik rusdilli www.apsny.ge internet portalında AZƏRTAC-ın xüsusi müxbiri Xətayi Əzizovun “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasına şahidlik etmiş bina” sərlövhəli məqaləsi yayılıb.
Məqalədə Tbilisinin mərkəzində yerləşən binanın tarixi əhəmiyyəti, ötən əsrin əvvəllərində Cənubi Qafqazda baş verən hadisələr, Zaqafqaziya Seyminin yaranması və iflasının səbəbləri, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması barədə oxuculara ətraflı məlumat verilir.
Məqalənin tam mətni ilə http://www.apsny.ge/2018/soc/1526749563 linkindən tanış olmaq mümkündür.

CÜMHURİYYƏT - 100 2018-05-19 19:46:00