×
A
A
A
Sazlamalar

Vasif Durarbəyli ABŞ-da keçirilən turnirin lideridir

Bakı, 19 may, AZƏRTAC

Azərbaycan qrossmeysteri Vasif Durarbəyli ABŞ-ın Sent-Luis şəhərində keçirilən beynəlxalq şahmat turnirində liderliyi ələ alıb.
AZƏRTAC xəbər verir ki, Vasif Durarbəyli “Summer Chess Classic”in “A” turnirində dörd turdan sonra yüz faizlik nəticə ilə liderdir. O, dördüncü turda ağ fiqurlarla Qazaxıstan təmsilçisi Rinat Cumabayevi məğlub edib. ABŞ şahmatçısı Varujan Akobyan təmsilçimizdən yarım xal geridədir.
“В” turnirində Polşa şahmatçısı Kamil Draqun 3 xal toplayaraq birinci yeri tutur, Türkiyə, ABŞ və Rusiya təmsilçiləri Cəmil Can Əli Mərəndi, Aleksandro Ramires, Sergey Matsenko və Andrey Stukopin liderdən yarım xal geridədirlər.
İki dairədən ibarət “Summer Chess Classic 2018” turnirinin hər dairəsində on qrossmeyster mübarizə aparır.

İdman 2018-05-19 18:11:00