×
A
A
A
Sazlamalar

Avropa İttifaqı ABŞ-ın tətbiq edəcəyi rüsumlarla bağlı cavab tədbirləri görür

Berlin, 19 may, AZƏRTAC
Avropa İttifaqı ABŞ tərəfindən polad və alüminium məmulatlarına tətbiq ediləcək rüsumlara cavab olaraq analoji tədbirlərin siyahısını Dünya Ticarət Təşkilatına təqdim edib.
AZƏRTAC xəbər verir ki, rüsumların ümumi həcmi 1,4 milyard avro təşkil edə bilər. Brüsseldə Vaşinqtonun tətbiq edəcəyi ehtimal olunan rüsumların Avropa iqtisadiyyatına zərərini məhz bu məbləğdə qiymətləndirirlər.
İyunun 20-dən etibarən 25 faizlik əlavə Avropa rüsumlarının tətbiq olunacağı amerikan mallarının siyahısına portağal şirəsi, viski, tütün və motosikletlərin daxil ediləcəyi gözlənilir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Dünya 2018-05-19 17:29:00