×
A
A
A
Sazlamalar

Növbəti TOEFL və SAT imtahanları təlimata uyğun aparılıb

Bakı, 19 may, AZƏRTAC

Mayın 19-da Dövlət İmtahan Mərkəzində (DİM) növbəti TOEFL və SAT imtahanları keçirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanlar mərkəzin inzibati binasında təlimata uyğun təşkil olunub.
TOEFL imtahanında biri xarici vətəndaş olmaqla səkkiz, SAT imtahanında isə 41 nəfər iştirak edib. İmtahanların gedişi zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Qeyd edək ki, növbəti TOEFL və SAT imtahanlarının 2018-ci il iyunun 2-də keçirilməsi nəzərdə tutulur. İmtahanlara qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı http://www.dim.gov.az/activities/exams/toefl/ linkindən əldə etmək mümkündür.

Elm və təhsil 2018-05-19 17:19:00