×
A
A
A
Sazlamalar

Messi “Barselona” rəhbərliyindən Pyaniçin transfer olunmasını istəyib

Bakı, 19 may, AZƏRTAC 

“Barselona” klubunun argentinalı hücumçusu Lionel Messi klub rəhbərliyindən “Yuventus” komandasının bosniyalı yarımmüdafiəçisi Miralem Pyaniçin transfer olunmasını istəyib.
AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, kataloniyalıların yarımmüdafiə xəttinin gücləndirilməsi üçün təklif olunan namizədlərin adları açıqlanıb. Namizədlərin arasında “Barselona”nın sabiq futbolçusu Tiaqo Alkantara, habelə danimarkalı Kristian Eriksen (Tottenhem) və bosniyalı Miralem Pyaniç var. İyirmi səkkiz yaşlı Pyaniç cari mövsümdə 43 oyunda 6 qol vurub və 14 məhsuldar ötürmə verib.
Xatırladaq ki, bu mövsüm 125 milyon avro qazanan Lionel Messi dünyanın ən yüksək ödənişli futbolçusu olub.

İdman 2018-05-19 17:00:00