×
A
A
A
Sazlamalar

UEFA Çempionlar Liqasının final oyunları tarixində ilk dəfə olaraq böyük ekranda ictimai efirə icazə verilib

Kiyev, 19 may, AZƏRTAC

UEFA Çempionlar Liqasının final oyunları tarixində ilk dəfə olaraq, mayın 26-da Kiyevdə “Real”-“Liverpul” matçının böyük ekranda ictimai efirdə yayımlanmasına icazə verilib.
AZƏRTAC xəbər verir ki, bu barədə mətbuata açıqlamasında Kiyev Şəhər Administrasiyasının rəhbəri Viltali Kliçko məlumat verib.
Kiyev meri vurğulayıb ki, UEFA final oyununun birbaşa yayımlanması üçün “Kontraktovoy” meydanında böyük ekranın quraşdırılmasına icazə verib. On beş min azarkeş həmin meydanda böyük ekran vasitəsilə UEFA Çempionlar Liqasının oyununu birbaşa izləyə biləcək.
UEFA Çempionlar Liqasının final oyununda “Real” və “Liverpul” komandaları üz-üzə gələcəklər.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

İdman 2018-05-19 16:44:00