×
A
A
A
Sazlamalar

Samboçumuz Mehman Xəlilov Avropa çempionatında bürünc medal qazanıb

Bakı, 19 may, AZƏRTAC

Yunanıstanın paytaxtı Afinada sambo üzrə Avropa çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, yarışda ölkəmiz 10 samboçu ilə təmsil olunur.
Çempionatın ikinci günündə Azərbaycan millisi daha bir medal qazanıb. Belə ki, 57 kiloqram çəki dərəcəsində çıxış edən Mehman Xəlilov bürünc medala sahib olub.
Yarışın ilk günündə sambo yarışlarında Emil Həsənov (68 kq), döyüş sambosunda isə Nəbi Məmmədov (100 kq) yarışı üçüncü pillədə başa vurublar.
Çempionat 2019-cu ildə Belarusda keçiriləcək II Avropa Oyunlarına lisenziya əldə etmək şansını verir.
Millimiz çempionatda Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədovun rəhbərliyi altında yarışır.

 

İdman 2018-05-19 16:43:00