×
A
A
A
Sazlamalar

“Tullantıların idarə olunmasında gənc nəslin rolu” mövzusunda sərgi keçirilib

Bakı, 19 may, AZƏRTAC
Nizami rayonu Xalid Quliyev adına 62 saylı lisey-məktəbdə “Tullantıların idarə olunmasında gənc nəslin rolu” mövzusunda sərgi təşkil olunub. Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları məktəblilərin tullantılardan hazırladıqları, ətraf mühitin mühafizəsinə töhfə verə biləcək əl işləri ilə tanış olublar.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, sərgidə məktəblilərin asudə vaxtlarından səmərəli istifadə edərək, ətraf mühiti çirklənməyə məruz qoyan plastik qab, şin kimi tullantılardan düzəltdikləri nəcib gül kompozisiyaları nümayiş olunub.
Nazirliyin əməkdaşları şagirdlərin ətraf mühitin tullantılardan qorunması yolunda irəli sürdükləri bu təşəbbüsü dəstəkləyiblər. Nümayəndələr uşaqlara ekoloji biliklərinin artırılması üçün tullantıların idarə olunması istiqamətində tövsiyələrini verib, ekoloji mövzuda fikir mübadiləsi aparılıblar.

Ekologiya 2018-05-19 15:30:00