×
A
A
A
Sazlamalar

“Forbes” jurnalı: Ermənistan iqtisadiyyatının inkişafı yolunda böyük çətinliklər var

Bakı, 19 may, AZƏRTAC

Ermənistan iqtisadiyyatının inkişafı yolunda böyük çətinliklər var. İnkişaf üçün, ilk növbədə, Ermənistanın siyasi-iqtisadi sistemindəki mənfi hallar aradan qaldırılmalıdır.
AZƏRTAC xəbər verir ki, bu fikir “Forbes” jurnalında dərc edilmiş təhlili məqalədə yer alıb. Beynəlxalq nəşrdə 2016-cı ildə Ermənistanın qlobal iqtisadi çətinlik reytinqində 137-ci yerdə qərarlaşdığı diqqətə çatdırılır. “Forbes” yazır ki, Ermənistanda ciddi islahatlardan sonra əsasən sadə xidmət sahələrinin inkişafı müşahidə oluna bilər. Lakin bu inkişaf da çox uzun çəkə bilməz. Ermənistan kiçik xidmət sahələrindən gəlir əldə edə bilər, ancaq indiki iqtisadi vəziyyətdə Ermənistanın bunun öhdəsindən gələ biləcəyi şübhə doğurur. Bundan başqa, Ermənistanda ciddi logistik və nəqliyyat problemləri var.
Müəllif Ermənistan iqtisadiyyatının xilasının turizm sektorunda olduğunu bildirsə də, bunun da inkişafı üçün böyük çətinliklərin mövcudluğunu qeyd edir. O vurğulayır ki, bu məsələdə də Ermənistan çıxılmaz vəziyyətdədir. Çünki yeni otellər və nəqliyyat infrastrukturu üçün Ermənistana pul lazımdır.

 

Dünya 2018-05-19 14:14:00