×
A
A
A
Sazlamalar

Bu il Azərbaycanda 7,85 milyard kilovat/saat elektrik enerjisi istehsal edilib

Bakı, 19 may, AZƏRTAC

Cari ilin yanvar-aprel aylarında Azərbaycanda 7 milyard 850,3 milyon kilovat/saat (ondan 7 milyard 557,4 milyon kilovat/saat əmtəəlik) elektrik enerjisi istehsal olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu həcmin 7 milyard 23 milyon kilovat/saatı istilik elektrik stansiyalarında, 517,1 milyon kilovat/saatı su elektrik stansiyalarında, 11,3 milyon kilovat/saatı günəş elektrik stansiyalarında (GES), 5,4 milyon kilovat/saatı külək elektrik stansiyalarında (KES), 0,6 milyon kilovat/saatı isə şərti termik stansiyalarda istehsal edilib.

Energetika 2018-05-19 13:45:00