×
A
A
A
Sazlamalar

Rusiyanın Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Bakı, 19 may, AZƏRTAC

Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Vyaçeslav Makarovun başçılıq etdiyi nümayəndə heyəti mayın 19-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyub.
AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Sonra Şəhidlər xiyabanına gedən qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə gül dəstələri düzüblər.
Jurnalistlərə müsahibəsində Vyaçeslav Makarov Azərbaycana səfərinin uğurlu keçdiyini, məhsuldar müzakirələrin aparıldığını söyləyib. O, Azərbaycan ilə Rusiya arasında münasibətlərin inkişaf etdiyini bildirib, əlaqələrin dərinləşməsində dövlət başçılarının rolunu vurğulayıb.

Siyasət 2018-05-19 12:50:00