×
A
A
A
Sazlamalar

Əfqanıstan: stadionda üçqat partlayış törədilib, azı 8 nəfər həlak olub

Bakı, 19 may, AZƏRTAC

Əfqanıstanın şərqində yerləşən Nanqarhar əyalətinin Cəlalabad şəhərində baş verən üçqat partlayış nəticəsində azı 8 nəfər həlak olub, 45 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, vilayət qubernatorunun nümayəndəsi Attaullah Hoqyani partlayıcı qurğuların Ramazan ayının başlaması ilə əlaqədar şəhər stadionunda keçirilən kriket oyunu zamanı işə salındığını bildirib. Həlak olanlar arasında yarışın təşkilatçısı və Loğman vilayətinin Mehtərlam şəhərinin merinin müavini də var.
“Tolo News” telekanalının məlumatına əsasən, “Taliban” hərəkatı hadisədə iştirakını inkar edib.
Bu, son bir həftədə Cəlalabad şəhərində baş verən ikinci oxşar insidentdir. Mayın 13-də gömrük idarəsinin qarşısında törədilən partlayış və hücum nəticəsində 6 nəfər həlak olmuş, 20-dək insan yaralanmışdı.

Dünya 2018-05-19 12:12:00