×
A
A
A
Sazlamalar

Səudiyyə Ərəbistanında xarici təşkilatlarla əməkdaşlıq edən 7 nəfər həbs edilib

Ər-Riyad, 19 may, AZƏRTAC
Səudiyyə Ərəbistanında xarici təşkilatlarla əlaqədə şübhəli bilinən 7 nəfər həbs edilib.
AZƏRTAC yerli KİV-ə istinadla xəbər verir ki, bu barədə dövlət təhlükəsizlik xidmətinin əməkdaşı rəsmi açıqlama verib.
Qeyd olunur ki, xarici təşkilatlarla əlaqədə şübhəli bilinən şəxslər, həmçinin bəzi insanları dövlət qurumlarında yüksək vəzifələrə işə düzəltməkdə, Krallıqda sabitliyin pozulması məqsədilə xaricdə yaşayan və hökumətə qarşı düşmən mövqedə olan şəxslərə maliyyə yardımı etməkdə günahlandırılırlar.
Bildirilir ki, bu cür fəaliyyətlə məşgul olan şəxslərin müəyyənləşməsi və lazımi tədbirlərin görülməsi istiqamətində işlər davam etdiriləcək.

 

Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Ər-Riyad

Dünya 2018-05-19 08:26:00