×
A
A
A
Sazlamalar

Kubada təyyarə qəzasında 100-dən çox insan həlak olub

Bakı, 19 may, AZƏRTAC
Kubada Cubana de Aviacion aviakompaniyasına məxsus Boeing-737 sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 100-dən çox insan həlak olub.
AZƏRTAC “RİA Novosti”yə istinadla xəbər verir ki, təyyarənin göyərtəsində olan 110 nəfərdən 104-ü sərnişin, 6-sı ekipaj üzvü olub. Qəza nəticəsində üç nəfər sağ qalıb. Ağır vəziyyətdə olan həmin sərnişinlər xəstəxanaya yerləşdiriliblər.
Təyyarənin qara qutusu hələ tapılmayıb.
Qeyd edək ki, təyyarə Havana aeroportundan havaya qalxdıqdan bir neçə dəqiqə sonra yerə çırpılıb.

Dünya 2018-05-19 04:51:00