×
A
A
A
Sazlamalar

Kubada təyyarə qəzasında cəmi 3 nəfər sağ qalıb

Bakı, 18 may, AZƏRTAC
Kubada Cubana de Aviacion aviakompaniyasına məxsus Boeing-737 sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində üç nəfər sağ qalıb.
AZƏRTAC “RİA Novosti”yə istinadla xəbər verir ki, ağır vəziyyətdə olan həmin sərnişinlər xəstəxanaya yerləşdiriliblər. Təyyarənin göyərtəsində 104 sərnişinin olduğu bildirilir.
Qeyd edək ki, təyyarə Havana aeroportundan havaya qalxdıqdan bir neçə dəqiqə sonra yerə çırpılıb.

Dünya 2018-05-18 22:51:00