×
A
A
A
Sazlamalar

İstanbulda İslam Əməkdaşlıq Təşkilatının fövqəladə Sammiti keçirilib

İstanbul, 18 may, AZƏRTAC 

Mayın 18-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə Sammiti keçirilib.
AZƏRTAC xəbər verir ki, son günlər Fələstində yaranmış böhranla əlaqədar çağırılan Sammitdə təşkilata üzv ölkələr prezidentlər, hökumət başçıları və xarici işlər nazirləri səviyyəsində təmsil olunublar.
Əvvəlcə Samitə hazırlıq məqsədilə üzv ölkələrin xarici işlər nazirləri səviyyəsində iclas keçirilib.
Sammitdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn, Fələstinin Baş naziri Rami el-Hamdallah və başqaları çıxışlarında dinc fələstinlilərə qarşı zorakılıq göstərilməsinə etirazlarını bildiriblər.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Sammitdə çıxış edib.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Siyasət 2018-05-18 22:46:00