×
A
A
A
Sazlamalar

Azərbaycanın qadın güləşçisi Avropa çempionatında bürünc medal qazanıb

Bakı, 18 may, AZƏRTAC 

Makedoniyanın Skopye şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, dördüncü yarış günündə 40, 46, 53, 61 və 69 kiloqram çəki dərəcələrində yeniyetmə qızlar yarışıb. Yığmamız iki çəkidə idmançılarla təmsil olunub və yarış gününü bir bürünc medalla başa vurub.
Qırx altı kiloqram çəki dərəcəsində mübarizə aparan Ayşən Yusifova ilk görüşündə Türkiyə təmsilçisinə qalib gəlsə də, yarımfinalda Ukrayna idmançısına uduzub. Güləşçimiz bürünc medal uğrunda həlledici görüşə çıxıb. Almaniya təmsilçisi ilə gərgin keçən görüşü son saniyələrdə qazandığı xallarla üstün tamamlayan Ayşən Yusifova çempionatın bürünc medalına yiyələnib.

İdman 2018-05-18 21:17:00