×
A
A
A
Sazlamalar

İstanbulda Qüdsə dəstək mitinqi keçirilib

İstanbul, 18 may, AZƏRTAC 

İstanbulun “Yeni qapı” meydanında Qüdsə dəstək məqsədilə mitinq keçirilib.
Mitinqə ölkənin əksər siyasi partiyaları və ictimai təşkilatları tərəfindən dəstək verilib. İqtisadi Əməkdaşlıq Təşkilatının İstanbulda keçiriləcək fövqəladə Sammitində iştirak edəcək ölkələrin bəzi təmsilçiləri də mitinqə qatılıblar.
Çıxışlarda son günlər Qüdsdə Fələstin xalqına qarşı həyata keçirilən zorakılıq halları pislənilib.


Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2018-05-18 20:19:00